Tarıyel Tahirovu kim(lər) müdafiə edir?
Paytaxtın Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tarıyel Tahirov haqda maraqlı ittihamlar var.7GÜN TV "TİA"ya istinadən xəbər verir ki, keçmiş başçı Arif Qasımovun adamı kimi ad çıxarmış Tahirov yenə də vəzifəsində öz əməllərini davam etdirir.
Tarıyel Tahirov A.Qasımov Siyəzənin icra başçısı olduğu dönəmdə də müxtəlif qaranlıq işlərə bulaşıb, sonra Nizami rayonunda estafeti davam etdirib.
Yayılan xəbərlərə görə, Nizami rayonu ərazisindəki neçə min voltluq elektrik xətlərinin altında sovet dövründə yaşıllıqlar salınıb ki, gərginliyi azaltsın.
Tariyel Tahirov isə həmin təhlükəli ərazidə ağacları kəsdirərək ictimai-iaşə obyekti, çayxana, kafe kimi iş adamlarına satıb.
Bəli, bu adamı Nizami rayonunda “yaşıllıqların qənimi” kimi tanıyırlar. Tahirov öz dəstəsi ilə Nizami rayonunda ağacları kəsir, ərazini təmizləyir və sonra baha qiymətə satır.
Bir neçə il əvvəl metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında, 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilib yerində obyektlər tikliləndə media Tariyel və Arif Qasımovu gündəmə gətirdi.
Vaxtilə bu əməlləri Tariyel Tahirov öz şefi Arif Qasımovun göstərişi ilə edirdi. Bəs indi?
Bəli, mediadan yayılan məlumatlardan bəlli olur ki, Arif Qasımovun cismi Nizami RİH-dən getsə də ruhu hələ də orada dolaşır. Və Arif Qasımov Tariyel Tahirovun əli ilə indi də Nizami rayonundan, daha doğrusu, burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul yığırlar.
Və Tariyel Tahirov mötəbər şəxslərin adından istifadə edir. Əslində, onun etdiyi ekoloji genosid dəhşətli cinayətdir, yaşıllıqlara düşmən kəsilməkdir..