DMX: 2300-dən çox şəxsin Avropadan Azərbaycana qaytarılması gözlənilir
"Bu il 56 şəxs Azərbaycana readmissiya olunub".
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, 2014-cü ildə Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalanandan bu günə kimi 2069 şəxs readmissiya olunub:
"Pandemiya dövründə də readmissiya davam etdirilib, əsasən çarter reysləri ilə olub. 2021-ci ildə 420 nəfər, cari ildə isə 56 şəxs readmissiya olunub. Amma ümumilikdə sorğusuna müsbət cavab verilən 2322 şəxsin də readmissiyası gözlənilir" - Xidmət rəisi qeyd edib.