BMT: 2,5 milyondan çox insan Ukraynanı tərk edib


Fevralın 24-dən martın 11-nə qədər 2,5 milyondan çox insan Ukraynanı tərk edib.

Bu barədə BMT-nin Miqrasiya Agentliyinin saytında məlumat verilib.

Bildirilib ki onların 116 mini üçüncü ölkənin vətəndaşlarıdır.

Xatırladaq ki fevralın 24-də Rusiya hərbi qüvvələri müxtəlif istiqamətlərdən Ukraynaya hücum edib.