UNİCEF Ukraynada doğum evinin bombalanmasını pisləyib


UNİCEF Ukraynanın Mariupol şəhərində doğum evinin bombalanmasını pisləyən bəyanat yayıb.

UNİAN-a istinadla məlumatına görə, UNİCEF-in direktoru Ketrin Rassel bildirib: “Mən bu gün Mariupolda doğum evinə hücum barədə xəbərdən dəhşətə gəldim. Hücum zamanı körpə uşaqlar dağıntılar altında qalıb. Mülki əhaliyə və obyektlərə, xüsusən də xəstəxana və məktəblərə hücum yolverilməzdir. UNİCEF dərhal atəşi dayandırmağa və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırır. Humanitar təşkilatlara köməyə ehtiyacı olan uşaqlara yardım üçün şərait yaradılmalıdır”.

Xatırladaq ki, martın 9-da Mariupol şəhərindəki doğum evinə hava zərbəsi nəticəsində 17 nəfər xəsarət alıb. Hava zərbəsi sükut vaxtına təsadüf edib.