Səudiyyə Ərəbistanında aeroporta PUA ilə hücum edilib



Səudiyyə Ərəbistanının Abha hava limanına PUA (Pilotsuz Uçuş Aparatı) ilə hücum edilib.

Bu barədə məlumatı AFP agentliyi yayıb.
Xəbərdə qeyd olunub ki, hücumun qarşısı Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Sistemi tərəfindən alınıb, lakin dağıntılar nəticəsində 12 nəfər yaralanıb.

Hadisənin arxasında Yəməndəki husi üsyançılarının dayandığı ehtimal olunur.