Şəmkirdə kişi əmisi qızının başını kəsib


Şəmkirdə qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

7günün xəbərinə görə, mərhum 1998-ci il təvəllüdlü Aytac Piriyevadır.
Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini Piriyev Piri əmisi qızını bıçaqla qətlə yetirib. Qadın hadisə yerində ölüb, mərhumun kimliyi dəqiqləşdirilir. Hadisənin törətməkdə şübhəli bilinən P.Piriyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.