Azərbaycanda süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək


Azərbaycanın daxili bazarında süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək.

Bu barədə 17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında bildirilib.

Qeyd edilib ki, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.