Bakıda şirkətə maskalı şəxslər basqın edib
Bakıda şirkətə basqın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.