Kreml: Vəziyyət hər an alovlana bilər
Rusiya sərhədləri yaxınlığında vəziyyət hər an alovlana bilər.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hamı Rusiyanın sərhəddə zərbə silah potensialını saxlamasından danışır. Amma heç kəs Ukrayna Silahlı Qüvvələrinin potensialından danışmır”, - Kremlin sözçüsü vurğulayıb.