Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb


Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
O, Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edib. Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını qeyd edib.
Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü vurğulayıb.