Avstraliya sərhədlərini əcnəbilər üçün açır
Avstraliya hökuməti fevralın 21-dən xarici turistlər üçün sərhədləri açacaq.
Bu barədə ölkənin baş naziri Skott Morrison məlumat verib. Hökumət başçısı bildirib ki, sözügedən tarixdən etibarən vizası olan hər kəs vaksin sertifikatı təqdim etməklə ölkəyə gələ biləcək.
Qeyd edək ki, Avstraliya sərhədlərini 2020-ci ilin martında bağlayıb. Ölkənin Ticarət palatasının məlumatına görə, sərhədlərin qapalı olması hər güc iqtisadiyyata 2,5 milyard dollar ziyan vurur.