Azərbaycan ABŞ-da anbar icarəyə götürəcək
Azərbaycan elektron ticarət vasitəsilə alınan malların ölkəyə çatdırılması üçün ABŞ-da anbar icarəyə götürmək niyyətindədir.
Bunu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, ölkə hüdudlarından kənarda anbarların yaradılmasının iki yolu var, ya “Fulfillment by Amazon” prinsipi ilə, ya da həmin ölkədə ayrıca anbarların icarəyə götürülməsi ilə.
Qeyd edək ki, “Fulfillment by Amazon” “Amazon”un anbarlarından malların satışıdır. Bu halda satıcı mallarını “Amazon” anbarına göndərir, mallar orada emal olunur, saxlanılır və müştəriyə satılarsa, birbaşa ünvana çatdırılır.
“Digər yolu da odur ki, xüsusi anbarlar icarəyə götürülür. Belə bir anbarların icarəyə götürülməsi İngiltərədə və Almaniyada, ilk növbədə isə ABŞ-da nəzərdə tutulur”, - deyə A. Qədəşov qeyd edib.