Baş katib: “NSO Group-un törətdiyi cinayətlərə və mümkün olduğu faciələrə görə cəzalandırılması üçün hər şeyi edəcəyik"
“Sərhədsiz Reportyorlar" mətbuat azadlığının müdafiəsi təşkilatı İsrailin Pegasus casus sisteminin köməyilə 20 ölkədən 200 jurnalistin izlənməsi faktı ilə bağlı hiddətləndiyini bildirib. Hüquq müdafiə təşkilatı kütləvi təqiblərə görə məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətində olduğunu açıqlayır.7gun.org “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Təşkilatın baş katibi Kristof Deluar jurnalistlərin dinlənilməsi və izlənilməsini “bu dəhşətdir” deyə qiymətləndirib.
“Pegasus casus proqramının istifadəsinə dair açıqlamalar, jurnalistlərin izlənmə və hədəflənmə dərəcəsini nəzərə alaraq şoka və nifrətə səbəb olur. Bu layihə NSO Group şirkətinin iddia etdiyi kimi ‘qlobal təhlükəsizlik və sabitliyə’ töhfə vermir. Pegasus, rəqəmsal muzdlular tərəfindən icad edilən və jurnalistlərin təqib olunmasında istifadə etmək üçün 'mətbuat azadlığı yırtıcıları' tərəfindən mükafatlandırılan çirkin və nifrət doğuran bir vasitədir.”
O bildirib ki, 2020-ci ildə NSO Group-a "rəqəmsal yırtıcı" damğasını vurublar və WhatsApp-ın İsrail şirkətinə qarşı ABŞ-da açdığı məhkəmə prosesində iştirak edib.
“NSO Group-un törətdiyi cinayətlərə və mümkün olduğu faciələrə görə cəzalandırılması üçün hər şeyi edəcəyik. Demokratik ölkələrdəki ədliyyə sistemləri bu, son dərəcə ciddi məsələni həll etməli, həqiqətləri ortaya qoymalı və günahkarları cəzalandırmalıdır. Sərhədsiz Reporyorlar hazırda bir və ya daha çox ölkədə həyata keçirəcəyi qanuni əməliyyat barədə qərar verir. Hədəfə alınmış jurnalistləri və medianı Pegasus casus proqramı ilə bağlı açıqlamalara müvafiq hüquqi cavab vermək üçün bizimlə əlaqə qurmağa çağırırıq,” baş katib qeyd edib.
Kristof Deluare hesab edir ki, Pegasus proqramı ilə bağlı açıqlamalar dəyişiklik üçün bir çağırışdır.
“Demokratik hökumətləri təzyiq vasitəsi kimi istifadənin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülənə qədər müşahidə texnologiyasının satışına dərhal moratorium qoymağa çağırırıq,” o qeyd edib.
20 ölkədən ən azı 180 jurnalist 2016-cı ildən 2021-ci ilin iyununa qədər İsrail casus şirkətinin müştərilərinin qurbanı olub. NSO Group-un müştərilərinin sırasına Səudiyyə Ərəbistanı, Əlcəzair, Mərakeş və Bəhreyn kimi avtoritar hökumətlər, həmçinin Meksika və Hindistan kimi demokratiyalar daxildir. Bu, Avropada Macarıstan, Türkiyə və Azərbaycandan tutmuş Afrikada Toqo və Ruandaya qədər dünyanın bütün regionlarına aiddir.