Rövşən Əkbərov həbs edilib


Sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Məlumata görə, artıq onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri də seçilib.

7gun.org-ın məlumatına görə Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərləri münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərləri təsdiqlənib. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.