Prezident Xalq rəssamını təltif etdi-SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil İmamverdi oğlu Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

7gun.org xəbər verir ki, Fazil Nəcəfov heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisidir.

Fevralın 16-da Fazil Nəcəfovun 85 yaşı tamam olacaq.