Zəfər Əhmədliyə işgəncə verilib?-YENİLƏNİB


Ötən gün polis əməkdaşları tərəfindən saxlanılan Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədliyə işgəncə verildiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, Zəfər Əhmədlinin feysbuk sosial şəbəkəsindəki son statuslarına görə əllərini arxadan bir-birinə qandallayan polis əməkdaşları onu döyüblər. Bundan sonra Zəfər Əhmədlinin səhhətində ciddi problem yaranıb.

Məlumat bizə gec daxil olduğu üçün Daxili İşlər Nazirliyindən deyilənlərə münasibət öyrənə bilmədik. Məlunatı diqqətdə saxlayacağıq.

Bu gün, yəni 30 iyul 2018-ci il tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov 7gun.org-a açıqlama verərək, məlumatı təkzib etdi.

Qeyd edək ki, Zəfər Əhmədli hazırda həbsdə olan siyasi məhbus Fuad Əhmədlinin atasıdır.

Aygün Mustafayeva