Məhərrəm Quliyevin şakəri


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə bağlı 7GUN.az-a olduqca ilginc məlumat daxil olub. Etibarlı mənbənin sözlərinə görə icra hakimiyyətinin başçısı müavinlərinə özünü massaj etdirir. Təsəvvür edirsiz bu nə deməkdir? Bu qədər massaj salonları varkən Məhərrəm Quliyev nə üçün müavinləri belə "sındırır"? Bir nəfər də olsa icra hakimiyyətinin başçısına etiraz edə bilmir. Necə desin axı? Bilirlər ki, etiraz olacağı təqdirdə vəzifələri ilə vidalaşmalı olacaqlar. Yığdığları mal-mülk əllərindən çıxacaq. Maraqlıdır, mala-mülkə görə şəxsiyyəti ayaqlar altına atmaq olarmı? Şübhəsiz ki, yox.

Qeyd edək ki, Məhərrəm Quliyev hələ Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olan dövrlərdə müavini, hazırda həbsdə olan Ramiz Tatarovla mübahisə etmişdi. Buna səbəb Məhərrəm Quliyevin Ramiz Tatarovun münasibətdə olduğu qadına meyil salması olub. Onlar arasında olan narazılığ sonradan əlbəyaxa davaya çevrilmişdi. Hətta vəziyyət o həddə çatımışdı ki, tərəflər bir-birinin üzünə tüpürmüşdü. Bu barədə təxminən 2013-cü ildə 7gun.az-a məlumat verilmişdi.

Bizə məlumat verən mənbə digər rayonlarda olduğu kimi Goranboyda da bütün idarə, müəssisə və təşkilatlarda rüşvətin, özbaşınalığın və haqsızlığın ən yüksək zirvədə olduğunu, insanların ağır sosial-iqtisadi problemlər içində yaşadığını deyir. Bu barədə yuxarı instansiyalara göndərilən ərizə və şikayətlərə isə ümumiyyətlə baxılmadığını deyən mənbə mətbuat vasitəsilə ölkə başçısına müraciət edir: "Dərdimizi deyə biləcəyimiz yer yoxdu. Hara gedək? Problemimizi kimə deyək? Bizi Məhhərəm Quliyev bəlasından xilas edin. Bizə yazığınız gəlsin".

A.Balayeva