Təhsil İşçiləri AHİ Şəki Şəhər komitəsi kimə xidmət edir?


Məlum olduğu kimi son illər Azərbaycanda demək olar ki, bir çox sahələrdə yüksək nailiyyətlər əldə olunub. Köklü iqtisadi islahatlar həyata keçirilib. Ölkəmizin nüfuzu beynəlxalq ictimaiyyət arasında əhəmiyyətli şəkildə artıb. Bu gün bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsili də özünün uğurlu inkişaf dövrünü yaşamaqdadır. Ölkəmizdə təhsil sahəsində böyük islahatlar aparılır, elmin, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılır. Təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir. Təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır.

Təhsilin forma və məzmunca yeniləşməsi, proqram və dərsliklərin təkmilləşdirilməsi və yaxud yenidən hazırlanması kütləvi surətdə pulsuz dərsliklərlə təminat, təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi və sair kimi yeniliklər yuxarıda bəhs etdiyimiz islahat proqramının uğurlarıdır.

Azərbaycanın hər yerində olduğu kimi Şəki rayonunda da çoxlu yeni məktəblər tikilib, əsaslı təmir işləri aparılıb, məktəblər yeni avadanlıqlarla, texnologiyalarla təmin edilib, bir sözlə, müasir məktəb infrastrukturu yaradılıb. Qeyd edək ki,hazırda Şəki rayon Təhsil Şöbəsinin tabeliyində 96 ümumtəhsil məktəbi, o cümlədən 71 tam orta, 22 ümumi orta, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyyə müəssisəsi (Uşaq Gənclər İdman məktəbi ,Şahmat məktəbi,Uşaq Yaradıcılıq mərkəzi,Teniki Yaradıcılıq Mərkəzi və Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi) fəaliyyət göstərir.

Bütun bu kimi görülmüş işlərə baxmayaraq Şəki rayonunda təhsil sistemindən, məktəblərin yarıtmaz fəaliyyətindən gileyli olanlar da var. Narazılıqları isə hamıya məlum problemlərdir.Tədris ili başlar başlamaz, fond pulları, müəllimlər günü münasibətilə hər valıdeyndən müəyyən olunmuş məbləğ, müəllimlərin ad günləri, orta məktəbtəb direktorlarının dərs saatı bölgüsü, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə yiğılan pullar və müxtəlif tədbirlər adı ılə valideyn komitələrinin vaxtaşırı valideynlərdən pul yığması hamının gördüyü, lakin övladlarına görə susmağa üstünlük vürdiyi faktlardır..Şəki şəhərində və kəndlərində yuxarı sinif şagirdlərinin sərbəst şəkildə repetitor yanına getməsi də inkaredilməz faktlardır. Bunu sübut etmək üçün dərs vaxtı qəflətən istənilən məktəbdə, istənilən yuxarı sinif otağına daxil olub şağirdlərin sayını yoxlamaq kifayət edər. Məlumata görə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 888 nəfər bu il tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Bu da rayondakı məktəblərin adına yazılsa da, repetitorların əməyinin nəticəsidir desək yanılmarıq. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, şəhər 11, 5 və 7 saylı tam orta məktəbləri şağirdləri repetitor yanına buraxmaq baxımından birincilər sırasındadır. Təbii k,bütün bu kim neqotiv hallara yol verilməsinin səbəblərini Şəki rayon təhsil İdərəsinin müdiri Südabər xanım İsmayılovadan sorulmalıdır. Yaxın gələcəkdə məhz bu məsələlərlə bağlı apardığımız araşdırmalarımızın nəticələrini geniş ictimaiyyətə çatdıracağıq. Bu məqalənin mövzuzu isə Azzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin fəaliyyəti ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin xidmətində 163 müəssisə və təşkilat fəaliyyət göstərir. Ali məktəblərin filialları, Texnikumlar, Kolleclər,Peşə məktəbləri,Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri , uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri,texniki yaradıcılıq mərkəzi, uşaq gənclər idman məktəbi, şahmat məktəbi, uşaq evi ,Təhsil Şöbəsi, Bu idarə və müəssisələrdə işləyən həmkarlar ittifaqı üzvlərinin tələbə həmkarlar ittifaqı üzvlərinin sayı ilə birlikdə Şəki şəhər komitəsi üzrə ittifaq üzvlərinin sayı on minə yaxındır. Yuxarıda ölkəmizdə təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərildiyini xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri Ziyafət xanım Xasıyeva bu yöndə nə kimi işlər görə bilib? Görəsən Ziyafət xanım bir komitə sədri olaraq son vaxtlar Şəkinin hansı ucqar kənd məktəbinə baş çəkmiş,kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmişdir.

Məlum olduğu kimi Şəki dağlıq ərazidə yerləşir. Burada əhalinin əsas gəlir mənbəyi əkinçilik və heyvandarlıq sayılır. Məktəblərdə işləyən müəllimlərin təsərrüfatla məşğul olmağa vaxtları olmadığından maaşın ümidinə qalırlar. Odur ki, kəndlərdə elə sosialyönümlü problemlər yaranır ki, məktəb hər müəlliminə kömək etmək iqtidarında olmur. Ona görə də, bir çox sosialyönümlü və digər xarakterli problemlərin həlli birbaşa həmkarlar ittifaqı komitəsinin səlahiyyətləri çərçivəsində olur. Maraqlıdır,görəsən Ziyafət xanım Xasıyeva bir Komitə sədri kimi son illər sosialyönümlü problemlərini həll etdiyi rayon təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri rayon Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

Bir şözlə,hər yerdə olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin də fəaliyyəti ürəkaçan deyil. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Millət Vəkili Səttar Mehbalıyev də həmişə olduğu kimi bütün bu baş verənlərə göz yumur, heç bir qanunsuzluğa yol verməyirlərmiş kimi rahat gəzir.

/Aktualinfo.org/