İcra Hakimiyyəti qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başladi


Bakıda qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başlandı

Bakı Şəhər İcra Hakimiyyəti yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq.

7gun.org Virtualaz.org-a istindən xəbər verir ki, ilk söküntüyə Xətai rayonu ərazisində başlanıb. Burada əhalinin gediş-gəlişinə maneçilik törədən, qeyri-qanuni tikilmiş 7 obyekt aşkarlanıb. Bu gün "Ukrayna" dairəsinin və metronun "Əhmədli" stansiyasının yaxınlığında və Naximov küçəsində yerləşən obyektlər sökülüb. Hansı ki, həmin obyektlər səkiləri tutduğundan sakinlərin narazılığına səbəb olurdu. Həmçinin ərazinin estetik görkəminə xələl gətirirdi.

İcra Hakimiyyəti qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başladi


Söküntüyə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri nəzarət ediblər. Özünü təqdim etmək istəməyən icra nümayəndəsi deyib ki, müxtəlif işbazlar hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zonalarında ərazini hasarlayaraq obyekt tikiblər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu ərazilərdə olub, qanunsuz obyektlərin söküntüsünə nəzarət edib, metro keçidlərinin qarşısındakı küçə ticarətinin ləğv edilməsini tapşırıb.

"Əhmədli" metro stansiyasının yaxınlığında yerləşən dondurma sexinə məxsus obyektin söküntüsü həyata keçirilir. Həmin obyekt yaşıllıq zolağını tutmaqla həm də yaxınlıqda yaşayanların gediş-gəlişinə maneçilik törədirdi. Sakinlər deyirlər ki, belə obyektlərin üzündən binaya giriş-çıxış çətinləşmişdi. Hələ üstəlik, obyekt əməkdaşları da öz avtomobillərini blokların qarşısında saxlayırdı.

İcra Hakimiyyəti qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başladi

Xətai rayon sakini Hüseynbala Əsədov söküntüdən razı qaldığını deyir: "Allah söküntü aparanlardan razı olsun. Xətai rayonu onsuz da əhalinin sıx yaşadığı rayondur. Bu obyektlər sıxlığı bir az da artırırdı. Bindan sonra rahat nəfəs alacağıq". Digər sakin isə deyir ki, metronun çıxışındakı küçə ticarəti də ləğv ediləndən sonra gediş-gəliş lap asanlaşacaq: "Belə obyektlər ərazinin görkəminə də xələl gətirir. Çox vaxt tullantılar təmizlənmirdi. İndi zibil problemi də azalacaq".

Naximov küçəsində də təmizlik işlərinə başlanıb. Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları deyirlər ki, ərazi təmizlənəndən sonra abadlıq işlərinə başlanacaq. Yəqin ki, sökülən ərazilərin yerində yaşıllıq zonaları yaradılacaq.

İcra Hakimiyyəti qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başladi

Qeyd edək ki, BŞİH qanunsuz tikilən obyektlərin söküntüsü ilə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, gediş-gəlişə mane olan qanunsuz obyektləri sökməklə səki və yol kənarları təmizlənəcək. Bununla yanaşı, həyət və məhəllələrdəki hasarlar sökülərək sakinlərin istirahəti üçün "abad məhəllə" və "nümunəvi həyərlər" yaradılacaq. Meriya söküntüyə qərar verərkən paytaxt sakinlərinin istəklərini nəzərə alıb.