Hakimlər Vəkillər Kollegiyasına müraciət etdi


Hakim Rasim Sadıxov "Sülh və Demokratiya İnstitutu"nun siyahısında sifarişli qərarlar çıxaran hakim kimi təqdim olunur

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri müstəqil vəkil Nazim Musayevin cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət ediblər.

7GÜN XƏBƏR xəbər verir ki, Abzas Media-ya bu barədə Nazim Musayev özü məlumat verib. Vəkil deyir ki, buna səbəb müdafiə etdiyi Möhyəddin Orucovun hüquqları ilə bağlı vəsatətlər qaldırması və ümumiyyətlə məhkəmə tərkibinə etiraz etməsidir.

Bu iş üzrə məhkəmə tərkibi sədr Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Leyla Əsgərova-Məmmədovadan ibarətdir.

Nazim Musayev deyir ki, onun fikrincə, bu yolla onu Möhyəddin Orucovun müdafiəsindən kənarlaşdırmaq istəyirlər.

Tarix: 21.10.2024