Gürcüstanda həbs edilən Əfqan Sadıqov xəstəxanada huşunu itirib
Azərbaycan “Azel” TV saytının təsisçisi, 24 gündür Gürcüstan həbsxanasında aclıq edən Əfqan Sadıqov bu gün Penitensiar Xidmətin xəstəxanasında huşunu itirib.7GÜN XƏBƏR Turana- istinadən xəbər verir ki, bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.
"Bu gün Əfqan zəng elədi və bildirdi ki, səhər su içmək istəyərkən yıxılıb. Ayılanda başının üstündə həkimləri görüb. Ondan analiz üçün qan götürüblər. Əfqan dedi ki, huşsuz vəziyyətdə nə qədər qaldığını xatırlamır", - Sadıqova Facebook-da yazıb.
« Əfqan 24 gündür aclıq edir. Səhhəti aclıq etməsinə imkan vermir. Bu aksiya onu öldürə bilər", - o qeyd edib və Azərbaycan hökumətinin Əfqanı həbs edərək Bakıya təhvil vermək sifarişini yerinə yetirdiyinə görə Gürcüstan hakimiyyətini qınayıb.
* 2023-cü ilin dekabrında Əfqan Sadıqov ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.
Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib. Bakıda onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyaslnl tələb edirlər. O, həbsinə və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir. Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana xəstəxanasına köçürülüb.