Habil Tağıyev həbs edildi


"Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyev həbs edilib.

7GÜN XƏBƏR-in əldə etdiyi məlumata görə, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb edib.

Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.

Ona hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.