Rəis əvəzi yaşıllıqları belə məhv edir - FOTOLAR


2 Saylı Şəmkir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (rəis əvəzi Elşən Şirinov) rayon ərazisində min bir əziyyətlə ərsəyə gətirilmiş yaşıllıqları budamaqla məşğuldur.

Yəqin ki, bu hərəkətləri İdarənin noyabr ayında Bakıda keçiriləcək mötəbər beynəlxalq tədbirə "hədiyyə"si kimi qiymətləndirmək olar.

7GÜN XƏBƏR "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, Rayonun yaşıllıqlarını ticarət bazarına çevirmək ixtiyarını onlara kim verib, anlamaq olmur. Anlaşılan odur ki, ömründə bir ağac əkməyən bu işbazlar təbiətə qənim kəsiliblər.

Bakı-Qazax magistralının 407-ci kilometrində kadra aldığımız bu görüntülər dediyimizin əyani sübutudur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Rəis əvəzi yaşıllıqları belə məhv edir - FOTOLAR
Rəis əvəzi yaşıllıqları belə məhv edir - FOTOLAR
Rəis əvəzi yaşıllıqları belə məhv edir - FOTOLAR