Sahil Babayev nazirliyi qohumlarının şirkətinə çevirir


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəzi təyinatlarında bacarıqlı, səriştəli, savadlı kadrları yox, dost-tanışlarını, qohum-əqrabalarını vəzifələrə təyin edir.

7GÜN XƏBƏR xəbər verir ki, belə təyinatlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi ilə bağlıdır.

Məlumata görə, indiyədək heç bir dövlət vəzifələrində çalışmayan bir şəxsin birdən-birə əmək və əhalinin sosial müdafiəsi nazirinə 2020-ci ildə müşavir təyin edilməsi, qısa bir zamandan sonra 2022-ci ildə Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi vəzfəsinə təyin edilməsinin arxasında məhz qohumluq amilinin dayandığı iddia edilir.

Məlumata görə, Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Sahil Babayevin xalası qızının həyat yoldaşıdır.

Bu posta 2022-də ildə təyin edilən Vəli Quliyevin heç də savadlı kadr olmadığı bildirilir.

Vəli Quliyev əvvəllər “ParaBank”ın İdarə Heyətinin sədri, sonradan isə Parabokt adı ilə “bank olmayan kredit təşkilatının sədri vəzifəsini tutub.

Nazirlikdən məsələyə mövqe öyrənə bilmədik.