Tanınmış vəkil Sumqayıt səhiyyəsindən yazdı: Biabırçılıqdır


“Rastlaşdığım biabırçılığın ancaq Sumqayıt səhiyyəsinə və ya ölkənin bütün səhiyyə sahəsinə aid olmasını hələki bilmirəm. İnternetdən Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə “nömrə müəyyən olunmadı” cavabını aldım”

7GÜN XƏBƏR xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev öz “Facebook” profilində yazıb. Əsabəli Mustafayev bildirir ki, ona sürücülük vəsiqəsi üçün 6 noyabr tarixində bitən müddəti uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazım olub:

“Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar bilmirəm. Həm də bu poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə içtimai nəqliyyatın da marşurutu azdır.

Ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağrılıb. Nəsə, bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar. Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardır ki, keçdiyim müaniyələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb. Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər. Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq. Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı). Bu arayış ilə “Asan xidmətə” gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim. Lakin məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik. Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub”.