Tanınmış şirkət vətəndaşları necə aldadır? - İDDİA
Son günlər vətəndaşlar bir neçə aparıcı şirkətlərlə bağlı narazılıqlarını bildirirlər. Bu dəfə “İrşad Electronics” şirkətindən şikayət edən Ülvi Kazımlı qeyd edir ki, “bunlar öz ustalarına söz keçirə bilmir. Demək, İyunun 12-si İrşadın pionerdəki Sumqayıt filialından kondisioner götürdük (irşadda VİP müştəri). Söz verdilər ki, İyunun 16-sı həm məhsulu gətirib verəcəklər, həm də quraşdıracaqlar (buna görə də həmin günə işdən icazə aldım ki, evdə olum). Nə isə, ayın 16-sı heç kim gəlmədi, zəng elədim dedilər bizdə 3 iş günüdür çatdırılma, dedim bəs niyə bunu alanda demədiniz? Dedilər ki, üzürlü sayın, dedim ok. 17 İyunda gətirib məhsulu evdə qoyub gediblər.
Zəng elədim ki, bəs niyə quraşdırmadınız, dedilər ki, bizim işimiz təhvil verməkdir, 3 iş günü ərzində başqaları gəlib quraşdıracaq. Bunu da mənə deməmişdilər. 19 iyunda 3 iş günü bitirdi getdim filiala ki, niyə gəlib quraşdırmırsınız? Yenə də üzr istəyib ustanın nömrəsini verdilər. Özünü filial müdiri kimi təqdim edən Elsevər, usta Talehin nömrəsini verdi. Ustaya zəng elədim dedi ki, heç narahat olma sabah (20 iyunda) gəlib quraşdıracağıq. 20 iyunda da kimsə gəlmədi, Talehə zəng etdim ki, nə ldu bəs? Dedi ki, qardaş bağışla vaxt edə bilməmişik.
Dedim, a kişi, sən kimə tabesən? Şirkət söz verib gətirib quracağıq sən deyirsən vaxt yoxdur, usta dedi ki, bölgünü mən bölürəm şirkətə dəxli yoxdur. Nə isə, söz verdi ki, bu gün (21 iyun) saat 10 tamamda ilk sizə gələcəyik qurmağa. İndi də saat 10 dan adama zəng çatmır, heç kim də gəlməyib. Elsevərə zəng etdim (filial müdiri) dedi ki, ustalar gəlir yoldadı (yalan deyir) dedim kim gəlir onun nömrəsini ver, vermədi. İndi mənə İrşaddan kimsə başbilən, sözü keçən adam varsa gəlsin buna açıqlama versin (yalan dediyimi iddia edən varsa, mənim telefonum səs yazandır gəlsin sübut edim). Artıq dekabr ayının ilk gününə qədəm qoysaq da gələn yoxdur ki, yox!”
Göründüyü kimi, aparıcı şirkətlər heç də vətəndaşlara düzgün vəd vermirlər. Əksinə vətəndaşları get-gələ salırlar. Bu da süründürməçiliyin bir növüdür.
"Gündəm Xəbər "