Anar Bağırov 5 milyon manatı həzm-rabedən keçirib?


"Dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış 5000000 (beş milyon) manat vəsait hara xərclənib və hesabatı verilibmi?!"

7GÜN XƏBƏR Arqument.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi çıxış edib.

Təşkilat Kollegiyanın sədri Anar Bağırova suallar ünvanlayıb.

"Kollegiyanın sədri Anar Bağırov kollegiyaya ayrılmış vəsaiti kimlərlə yeyib?!" - deyə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Bağırovu ittiham edib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.

Vəkillər Kollegiyası İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin çağırışına cavab verməyib.