AFFA-nın 2021-ci ildəki gəlirləri açıqlanıb


AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2021-ci il üçün hesabatı təqdim olunub.

Ötən il qurumun büdcəsinə 26 636 579 manat vəsait daxil olub.

Bu məbləğin 12 milyon manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 5 milyon 15 min 425 manatı UEFA-dan, 5 742 346 manatı milli komandanın yayım hüququndan, 2 923 188 manatı FİFA-dan, 47 200 manatı “Coca Cola”dan, 236 min manatı "Paşa Sığorta"dan, 16 874 manatı UNİCEF-dən, 123 900 manatı P&G-dan, digər 530 646 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.