Partiya sədri niyə saxlanılıb?-DİN-dən AÇIQLAMA


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

DİN-in mətbuat xidmətindən Qubad İbadoğlunun daxil olmuş müraciətlə əlaqədar sözügedən idarəyə dəvət edildiyi deyilir.

Məlumata görə Qubad İbadoğlu sözügedən idarəyə vəkili Zibeydə Sadıqova ilə birlikdə gedib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən araşdırma aparıldığı və əlavə məlumat veriləcəyi bildirilib.