Tanınmış vəkil özü üçün aldığı Dövlət Gömrük Komitəsinin sədrinə bağışladı (FOTO)


Tanınmış vəkil Aqil Layıc "Trendyol” onlayın mağaza şəbəkəsindən aldığı köynəyi Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bağışlayıb.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə vəkil Aqil Layıcın özü məlumat verib. O, bildirib ki, Türkiyənin "Trendyol” onlayın mağazalar şəbəkəsindən 1469 lirəlik (92 manat) köynək alıb:

"03.06.2023-cü il tarixində rəsmi olaraq "Smart custom" vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər xarici anbardadır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Getdim ora, deyirəm niyə saxlamısınız? Deyir "bəyan edilməyib”. Dərhal "Smart custom" mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlər ki, karqoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır. Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər”.

Aqil Layıc həmin köynəyi Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova hədiyyə edib:

"Həmin köynəyi sizə səmimi qəlbdən bağışlayıram, sizin idarə qaninsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi sizə bağışlayıram. Əminəm ki, sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz”.
Tanınmış vəkil özü üçün aldığı Dövlət Gömrük Komitəsinin sədrinə bağışladı (FOTO)