İllərdir qəbul etdiyimiz şirin “ZƏHƏR”: “Coca Cola” və “Pepsi”də olan bu maddə xərçəng yaradır…


Bir çox qida və içkilərin tərkibində olan aspartamın “kanserogen ola bilən maddələr” sırasına daxil ediləcəyi xəbərlərdə öz əksini tapıb.


“Mümkün kanserogenlər” anlayışı çox vaxt çaşdırıcıdır. Bunun səbəbi, xərçəngə səbəb olma ehtimalının yüksək və ya aşağı olması ilə bağlı heç bir ipucu verməməsidir.

7GÜN XƏBƏR-in BBC-yə istinadən əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırma bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qərarını iyulun 14-də açıqlayacaq.

Şəkərdən 200 dəfə şirin olan aspartam, kalorisiz qida və içkiləri şirinləşdirə bilir.

Bir çox pəhriz və ya şəkərsiz məhsullarda və saqqızlarda da olan aspartam, Coca Cola Zero və Pepsi Max kimi içkilərin əvəzolunmazıdır.

Aspartamın 6000 müxtəlif qida məhsulunda istifadə edildiyi təxmin edilir.

Bu tatlandırıcı qida təhlükəsizliyi agentliklərindən lazımi icazələr alındıqdan sonra onilliklər ərzində istifadə olunur.

Amma bu prosesdə aspartamla bağlı müzakirələr heç vaxt əskik olmayıb.

Bu günə qədər IARC aspartam və xərçəng arasındakı əlaqəni araşdıran 1300 tədqiqatın skrininq prosesini tamamlayıb.

Bu proseslə tanış olan mənbələrlə söhbət edən Reuters yazıb ki, aspartam da “mümkün kanserogenlər” siyahısına əlavə olunacaq.