Şəhriyar Əlizadə polislər tərəfindən saxlanıldı
Hələlik onun hansı məqsədlə saxlanıldığı haqda məlumat yoxdur.Bu gün axşam saatlarında MMA və UFC üzrə Respublika və Türkiyə çempionu olan Şəhriyar Əlizadə saxlanılıb. Onu Sumqayıt şəhərində müvəqqəti yaşadığı mənzilə polislər gələrək Sumqayıt şəhər Polis İdarəsinə yox, Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Hələlik Şəhriyarın hansı məqsədlə saxlanıldığı haqda məlumat yoxdur. İlkin versiyaya görə onun Kəlbəcər rayonunda yaşaması və onun bir müddət əvvəl də polisə aparılması idmançıya qarşı qərəzli təzyiqlərlə bağlıdır. Şəhriyarın etmədiyi cinayətdə suçlanması barədə məlumatlar da diqqətdədir. Onun hazırda polisdə olduğu və işgəncələrə məruz qaldığı bildirilir.