İcra başçısı sakinlərlə görüşdən niyə qaçır?


Suraxanı rayon icra başçısı Əziz Əzizovun vaxtaşırı işə çıxmadığı bildirilir.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə “Arqument.az”a rayon sakinləri məlumat veriblər.

Onlar deyirlər ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər.

“Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir. Biz bu adamı yerində tapa bilmirik”, – sakinlər belə deyirlər.

Onların sözlərinə görə, Surxanı Bakının ən az inkişaf etmiş rayonlarındandır. Burada sosial problemlər – su, qaz və digər sosial ehtiyaclar hər zaman yaşanır.
Sakinərin müraciətindən sonra Surxanı Rayon İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlamağa çalışsaq da, onun heç bir əlaqə vasitəsinə rast gəlmədik. Hətta məlum oldu ki, qurumun rəsmi saytında da Əzizovun hər hansı bir əlaqə vasitəsi yoxdur, nə telefonu, nə də emaili qeyd olunub. Maraqlı odur ki, icra başçısının iş nömrəsi də yoxdur.

Sakinlər isə iddia edirlər ki, bu, orta əsrlərin qaydalarıdır.

İcr başçısının köməkçisi Nazim Fətullayevin iş nömrəsinə (452-21-23) də zəng etsək, telfonlara cavab verilmədi.

Bundan başqa, ictimai-siyasi və humanitar məsələlər şöbənin də telefonları daxili nömrəyə yönətsə də, zənglərə cavab verilmədi.

7GÜN XƏBƏR olaraq, bildirək ki, Suraxanı rayon icra başçısı Əziz Əzizov hər yerdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi−Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovla yaxın münasibətdə olduğunu, buna görə də heç kimdən çəkinmədiyini bildirir. Bizə bir şey çox maraqlıdır. Tutaq ki, Kərəm Həsənov həqiqətən də Əziz Əzizova havadarlıq edir. İcra başçısı bundan sui-istifadə etməlidir, yoxsa havadarının adına ləkə gətirməməlidir?

Əziz Əzizovla bağlı mövzuya tezliklə qayıdacağıq.