Adı “OMON”çularla birgə hallanan Azər Əsgərov kimdir?


“AZ IMPORT” MMC-nin dövlətə külli miqdarda borcu üzə çıxıb

7GÜN TV xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırki vergi borcu 16 milyon manatdan çoxdur (16224533.46 AZN).2 saylı Ərazi Vergilər Baş İdarəsind vergi uçotunda olan “AZ IMPORT” MMC-nin qanuni təmsilçi Baba Seyidov Şamil oğlu.

Bildirək ki, şirkətin təsisçisi Azər Əsgərovdur.
Mətbuatda gedən məlumatlara görə, uzun illər Bakı və Bakıətrafı ərazilərin təmir-tikinti – abadlıq işlərinin böyük bir qismi məhz, bu şirkətə verilib.
Şirkətin təsisçisi Azər Əsgərov açıqlamalarının birində “Biz SOCAR-la 10 ildir ki, işləyirik. Bu illər ərzində SOCAR-la 700 layihəyə imza atmışıq. Əlbəttə ki, tenderin qalibi olmuşuq. Bu layihələr arasında “Bayıl Bulvarı”, “Ağ şəhər Bulvarı”, 6, 134, 23 nömrəli məktəblər və s. olub” açıqlama verib.
Hətta mətbuatda gedən məlumatlara görə, 90-cı illərdə cüdo üzrə milli komandanın üzvü olmuş Azər Əsgərov OMON üzvü olub. Hətta məlumatda iddia edilir ki, 1994-cü ilin oktyabr qiyamına və 1995-ci ilin mart hadisələrindən hələ xeyli əvvəl idmançılardan ibarət xüsusi briqadalar formalaşdırmağa başlanılıb:

“Cüdoçu Azər Əsgərov da həmin briqadalardan, yəni qanunsuz silahlı birləşmələrdən birinin tərkibinə daxil olubmuş.

OMON-un Qazax şöbəsinin komandiri Elçin Əmiraslanovun (hazırda Qobustan türməsində ömürlük cəza çəkir) rəhbərliyi altında hakimiyyət orqanlarına hücum edən, əsgərləri öldürən, qanuni hakimiyyətin nümayəndələrinə güllə atan qiyamçılar arasında bizim “qəhrəmanımız” Azər Zəlimxan oğlu Əsgərov da var idi! Bəli, bəli, Əsgərov və onun dostu İlqar Əhmədov Rövşən Cavadovun tapşırığına əsasən martın 13-də Bakıdan Qazaxa yola düşmüşdülər -deyə məlumatda bildirilib.