Məktəb yolunu zəbt edən bina Abidin Fərzəliyevdir?
Xırdalan 5 saylı məktəbin yoluna pilləkanları çıxan binanı Abşeronn rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin inşa etdirdiyi deyilirPaytaxt Bakıda son illər aparılan plansız tikinti işləri şəhərin infrastruktur və ekoloji cəhətdən təhlükəsizliyini ciddi zərbə altına qoyub. Bir-birinə bitişik inşa edilən yöndəmsiz və zövqsüz binalar hər il abadlıq və müasirliyinə dövlət büdcəsindən yüz milyonlarla vəsait xərclənən Bakını daha da eybəcərləşdirir. Aidiyyatı dövlət qurumlarının illərdir ki, tikinti sahəsində olan xaosa göz yummaları vəziyyəti daha da acınacaqlı məqama gətirib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini artırması da hazırda tikinti sahəsində olan durumu normallaşdıra bilməyib.
7GÜN TV AzFakt.com-a istinadən xəbər verir ki, ərazi planlaşdırmasına uyğun olmayan, infrastruktur və ekoloji cəhətdən biabırçı durumda olan tikintilərin aparıldığı rayonlardan biri də paytatın bir addımlığında, daha doğrusu paytaxta bitişik olan Abşeron rayonundadır.
Abşeronda Fərzəliyevin tikinti xaosu Abdin Fərzəliyev cari ilin yanvar ayından Abşeron rayonunun İcra başçısı təyin edildikdən sonra Abşeron rayonunda və Xırdalan şəhərində qanunsuz tikililər geniş vüsət aldı.
Xırdalan şəhərində hər addımbaşı rast gəlinən tikintilərin böyük əksəriyyəti layihə sənədlərini aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadıb. Qeyri-qanuni, "gecəqondu proyekti"ndə tikilər bu apartmanlarda nəinki ara məsafəsi gözlənilmir, əksinə, onsuzda ensiz olan yollar da zəbt edilir.
Abdin Fərzəliyevin xüsusi himayəsi altında aparılan belə bir qanunsuz bina tikintisi Xırdalan şəhərinin V.Musibov küçəsində - 5 nömrəli tam orta məktəbə gedən küçənin kənarında inşa edilib.
İlginc məqam budur ki, ətraf tikililərə tam bitişik olan, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17 və 22-ci maddələrinin bir sıra bəndlərinə zidd olan bu tikintinin giriş pilləkanları böyük bir yaşayış massivinə və eyni zamanda 5 saylı tam orta məktəbin istifadə etdiyi yeganə yolun ərazisini tutub.
Baş verən bu qanunsuzluğa isə Abşeron rayon İcra Hakimiyyəti səssiz qalıb. Əlbəttə ki, bütün baş verənlərə Abşeron rayon İcra Hakimiyyətinin susqun mövqe nümayiş etdirməsinin hansısa məqsədlərdən doğduğu hər kəsə aydındır.
Abşeron rayonunda körpədən tutmuş ağsaqalladək hamı bilir ki, bu rayonda tikinti aparmaq istəyirsənsə "pulunu ver, şəklini çəkdir" prinsipinə riayət elə. Yəni İcraya dedikləri pulu ödə, istəyirsən get Xırdalanın mərkəzində - Heydər Əliyev prospektinin ortasında nə istəyirsən onu da tik.
Arxitektura Komitəsi və FHN Abşerona nəzarət edə bilmir? Hələ bir neçə gün öncə Fövqaladə Hallar Nazirliyi Bakı şəhərinin bir neçə ünvanında aparıla tikintiləri dayandırdı. Nazirlik qeyd edilən tikintiləri dayandırmağa səbəb kimi tikinti işinin təyinatı üzrə aparılmadığını və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığını, ara məsafəsinin gözlənilmədiyinı, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyini, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığını və digər ciddi qayda pozuntusunun olduğunu səbəb göstərirdi.
Maraqlıdır, respublikanın ən ucqar bir yerində inşa edilən hər hansı obyekt yaxud adi tikilinin standartlara uyğunluğunu tələb edən Fövqaladə Hallar Nazirliyi Abşeron rayonunda aparılan qyeri-qanuni tikintiləri, standartlara uyğun gəlmədiyi ilk baxışdan görünən yaşayış binalarını görmək istəmirlər.
Saytımıza verilən məlumata görə Abşeron rayonunda aparılan qanunsuz tikintilərə göz yuman dövlət qurumlarında biri də Dövlət şəhərsalma və Arxitektura Komitəsidir. Onsuzda cəmiyyətdə "dişsiz canavar" kimi ad çıxarmış bu dövlət qurumu səlahiyyətlərinin artırılmasına baxmayaraq hələ də özünü doğrultmayıb. Dövlət başçısının sərəncam imzalayaraq böyük səlahiyyətlər verdiyi, ölkədə, xüsusən də Bakıda və ona bitişik qəsəbələrdə aparılan tikinti işlərində xaosun aradan qaldırılmasını qarşısına məqsəd kimi qoyduğu Arxitektura Komitəsi demək olar ki, hazırda qeyri-işlək vəziyyətdədir.
İcra Hakimiyyətləri başçılarının əlində aciz qalan bu qurum indiyədək səlahiyyətlərindən istifadə edərək qanunsuz aparılan hər hansı tikintinin qarşısını ala bilməyib.
Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Xırdalan şəhərində aparılan standartlara və mövcud qanunverciliyə uyğun olamayan yaşayış binalarının, obyektlərin tikintisinə müdaxilə etməməsinə səbəb kimi bu qurumun rəhbərliyi iləAbşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərəliyevin dostluq münasibətlərinin olması iddia edilir.
Digər iddialara görə isə FHN-nin müvafiq təşkilatlarında çalışan şəxslərin Abdin Fərzəliyevlə həmyerli və dost olmaları da baş verən qanunsuzluğu artıran səbəblərdəndir.
Təbii ki, səslənən iddiaları Xırdalan şəhərinin V.Musibov küçəsində aparılan standartlara uyğun olamayan, pilləkanları yolu zəbt etmiş yaşayış binasının fonunda nəzərdən keçirəndə həqiqət payının nə qədər böyük olduğu aydın sezilir.
Gələcəkdə isə burada baş verəcək biləcək hər hansı faciənin səbəbkarı isə tək Abşeron rayon İcra Hakimiyyəti - Abdin Fərzəliyev yox, həm də Fövqaladə Hallar Nazirliyi və Prezidentin böyük səlahiyyət verdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.
Qeyd: Abşeron rayonunda qanunsuz inşa edilən bina yuxarıda qeyd etdiimiz V.Musibov küçəsindəki bina deyil. Bu rayonda standartlara uyğun olamayn saysız-hesabsız yaşayış binaları, obyektlər inşa edilməkdədir. Bu barədə növbəti saylarımızda yeni xəbərlər dərc edəcəyik.