Sənin heçmi ləyaqətin yoxdur?
Elə məmurlar var ki, onlar nəinki tənqid, hətta təhqir olunsalar belə, yenə azdır. Sadəcə olaraq buna nə tərbiyəmiz, nə də Qanunlarımız imkan vermir. Biz deməsək də, cəmiyyət belələrinə layiq olduqları sözləri deyirlər. Sadəcə həyasız adamlara nə deyir de, heç bir mənası yoxdur. Onlar üçün əsas olan puldur. Yetər ki, pul olsun, istədikləri kimi yaşasınlar, vəssalam.Son zamanlar Masallı rayonundan təyin edilmiş deputat Məşhur Məmmədov demək olar ən ağır sözlərə layiqdir. Ancaq biz ona ürəyimizdən keçənləri yazmayacağıq. İstəyirik ki, belələrinə cəmiyyət öz sözünü desin. Deyək ki, o, son zamanların sərt tənqid olunan şəxslərindəndir. Onun ünvanına ağır sözlər yazılır. Ancaq o, bu günə qədər ağzına su alıb barəsində deyilənlərin heç birinə münasibət bildirməyib. Hər şey ortada gün kimi aydın olduğu halda, Məşhur Məmmədov nəyi təkzib edəcək ki?
Biz, hələlik Məşhur Məmmədovun Rəhim Rəhimlinin ölüm xəbərini eşidəndə hönkür-hönkür ağlamağından, Masallı rayon sabiq İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla hansı oyunlardan çıxmasından demirik. Növbəti yazılarımızda həmin məsələ(lər) barədə ətraflı məlumat verəcəyik. İnanındırım oxuduqlarınız sizi şoka salacaq. Ən yaxşı halda deyəcəksiz ki, Allah bəlanı versin, Məşhur Məmmədov. Bu adam heç də 3-5 nəfərin dediyi kimi yaxşı biri deyil. Ümumiyyətlə, Məşhur Məmmədov necə yaxşı adam ola bilər? Bunu bir anlıq düşünün.
Ölkədə narkomaniya geniş şəkildə yayılıb. Bu istiqamətdə nə qədər tədbirlər görülsə də, lakin qarşısını almaq mümkün deyil. Məşhur Məmmədov kimilər narkotik satdırıb milyonlar qazanacaqlar deyə ailələr dağılır, körpələr atasız qalır, qadınlar pis yollara üz tutmalı olurlar. Böyük təhlükə hamımızın qapısını kəsdirib. Bunun fərqindəsizmi? Neçə-neçə mərd, igid oğlanlarımız bu işin qurbanı olub. Bizlər hələ də Məşhur Məmmədovlara məclislərin yuxarı başında yer veririk, onların boş-boş sözlərinə qulaq asırıq. Niyə axı?
Desək ki, Məşhur Məmmədov, cəmiyyətə ən böyük zərbəni vurduğuna görə sənə ayıb olsun. Sənin heçmi ləyaqətin yoxdur? Bunlar onun üçün elə də ciddi söz olmaz.
İndi siz deyin, belə birinə nə deyək?
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Aygün Asifqızı