Jurnalist Tovuz “MERO”-dakı rüşvət faktından və “Ayan Palace” dən yazdı


Jurnalist Zaur Qəmbərov özünü sosial media hesabında Baş Dövlət Yol Polisi İdarəsinin 10 saylı Regional İmtahan – Qeydiyyat və Texniki Baxış Şöbəsində üzləşdiyi özbaşınalıqlardan və rüşvətxorluqdan yazıb.

7GÜN TV "Real Media"ya istinadən həmin yazını olduğu kimi dərc edirik:

“Hazırda Tovuz MERO-dayam (Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsi) Bu dövlət müəssisəsi Ramiz Zeynalovun biznes obyektidir. Qapıdan girdin Aydın adlı bir şəxs maşına baxış keçirir. 10 manat alır. Keçirsən 3-cü otağa bir ağ kağıza nəsə yazır. 10 manat da o alır. Qalxırsan 5-ci otağa. Əsas alver burda başlayır. Otaqda Elçin adlı baş-leytenant və Nofəl adlı mülki şəxslə sövdələşmələr açıq formada gedir. Sənədləşmə 250 manatdan başlayır. Nömrələr öz rüsumuna deyil. Hərf və rəqəmlərə görə dəyişir. Nofəl konkret bildirir ki, yaxşı nömrəyə yaxşı pul verməlisən.

Şahidi olduğum bir-iki faktı deyim: 57-BN-053 nömrəli maşının sənədləşməsinə və nömrənin təzələnməsinə 3-cü otaqda Vüqar adlı işçi 330 manat aldı. 90-BA-105 nömrəli maşının nömrəsi itmişdir. Düzəlməsinə baş-leytenant Elçin 350 manat istəyirdi. Vətəndaş 200 manat verirdi. Götürmədi ki, yalnız 350 manat olmalıdır. Maşının alqı-satqısında qaimə olmayanda, həmən qaiməni 3-cü otaqda Vüqar adlı işçi yazır. Bank faizini özü alır.

Başqa bir şəxs bildirdi ki, keçən il sürücülük vəsiqəsini 1100 manata almışam. İndi yaxınıma 1100 manata ala bilmədim.

Əvvəllər bu “MERO”-nun rəisi Ramiz Zeynalovun yeznəsi Xəqani Əsgərov idi. O yığdığını yığdı. Xoşbulaqda istirahət mərkəzi açdı. İndi Vüqar Orucov gəlib. V.Orucovun da yığmı pis deyil.

Deyim ki, Ramiz Zeynalov da az yığmayıb. Tovuz da nəvəsi Ayanın adına “Ayan Palace” tikdirib. Bakıda “Tural Mərasim Evi”, Ayna Sultanova da Milyonerlər məhəlləsində dəyəri milyonlarla ölçülən villası, R.Zeynalovun öz idarəsində şöbə müdiri işləyən kürəkənin isə milyonları var.

Hörmətli Vilayət Eyvazov, əgər bu yazdıqlarımın hansı birinin mötəbəriyi Sizdə şübhə doğuracaqsa, onların aşkarlanması istiqamətində sizə köməklik etməyə hazıram.

İpucu: Qeyd olunan faktları aşkarlamaq istəsəniz, kamera gorüntülərinə göz ucu baxmaq kifayətdir.

Jurnalist Zaur Qənbərov