APA holding-ə aid olan bütün xəbər saytları bloklanıb


APA rəhbərliyi indiyədək bununla bağlı rəsmi izahat və şərh verməyib.

Amma avqustun 1-də günorta APA prezidenti İlham Əliyevin Qaradağ rayonunda mənzillərin təhvil verilməsi mərasimində çıxışını yayıb. Bu məlumat digər xəbər saytları tərəfindən götürülərək, yayılıb. Bir qədər sonra agentlik dövlət başçısının çıxışını təhri etdiyini etiraf edib və üzr istəyib. Bununla belə, tezliklə APA-nın bütün saytları bloklanıb.

Agentlik əməkdaşları şəxsi söhbətlərdə bundan sonra nə olacağını bilmədiklərini deyirlər və agentliyin işini dayandırdığını təsdiq edirlər.