3 saylı Respublika Xüsusi İnternat Məktəbində “fırtına” baş verə­cək- ŞOK FAKTLAR


Görəsən tibbi təhsilə sahib olan Bahar Kərimovaya kim, yaxud da hansı qanun ixtiyar verir ki, o, rəhbərlik etdiyi sahə­də analoqu olmayan qan­unsuzluqlara qol qoy­ur?

1958-ci ildən istifadəyə verilən, 2005-ci ildə Heydər Əliyev Fondunun göstərdiyi maliyyə dəstəyi sayəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilən, eyni zamanda həmin ilin may ayında Heydər Əliyev Fondunun prez­identi hörmətli Mehriban xanım Əliyevanın da açılış tədbirində iştirak etdiyi 3 saylı Respublika Xüsusi İnternat Məktəbində yaşanan hoqqaların səssorağı, bu gün nəinki paytaxt Bakı şəhəri ərazisində, hətta ölkəmizin hüdudlarından da çox-çox uzaqlarda eşidilməkdədir. Hal-hazırda Bahar Kərimovanın direktoru olduğu bu məktəb, bir növ ölkəmizin təhsil sisteminin “üzqarası” hesab olunur.Qeyd edək ki, 2012-ci ilə qədər bu məktəbə bitişik daha bir internat məktəbi var idi. Çox keçmədi ki, həmin məktəb 3 saylı Respublika Xüsusi İnternat Məktəbinə birləşdirilir. Söylənilənlərə görə, həmin illərdə bu işin təşkilatçısı Təhsil Nazirliyində Təchizat şöbəsinə rəhbərlik edən şəxs olur. Sual oluna bilər ki, görəsən həmin şəxsin marağı nə olur ki, o, bu işin uğurla başa çatdırılmasında xüsusi rol oynayır? Bu yöndə müəyyən araşdırmalar apardıqda o da məlum oldu ki, sən demə Nazirliyin Təchizat Şöbəsinə rəhbərlik edən həmin şəxs bu məktəbin bütün gəlirlərinə şərik olduğundan o, belə bir addımını atır. Yəni, daha sonra həm Bahar Kərimova, həm də həmin şəxs ümumi razılığa gəlirlər və məktəbin yeməkxanasından kafe-çayxana kimi də istifadə edirlər. Eyni zamanda, hər iki vəzifə sahibi dövlətin şagirdlərə ayırdığı vəsaitlərin müəyyən hissəsini mənimsəməyi də bacarırlar. Belə bir işlər həyata keçirilən zaman onların oynadıqları maxinasiya o olur ki, ayrılmış pullar ələ keçirilir və həmin pullara ucuz ərzaq növləri, o cümlədən toyuq qanadları alınaraq şagirdlərə verilir.

Ümumiyyətlə, Bahar Kərimovanın təkcə bugünü deyil, eyni zamanda dünəni də o qədər saxtakarlıqlarla dolu olub ki, həmin saxtakarlıqları eşidən hər kəs şoka deyil, birbaşa “şökə düşməli” olur. Məsələn, əldə etdiyimiz məlumatlara görə o, ilk ali təhsilini Tibb Unversitetində alır və Təhsil Nazirliyində Təchizat şöbəsinə rəhbərlik edən həmin şəxsin birbaşa təşəbbüsü və dəstəyi sayəsində, 2002- 2003- cü illərdə Gəncə şəhərində iki illik pedoqoji kursu da başa vurur. Bir neçə ildən sonra o, ona himayədarlıq edən şəxslərin dəstəyi ilə, 3 saylı Respublika Xüsusi İnternat Məktəbinə direktor təyin olunur. Faciə o olur ki, nə lal-kar uşaqlar üçün nəzərdə tutulan bu məktəbdə, nə də ki, digər təhsil ocaqlarında heç bir vəzifə daşımayan Bahar Kərimova, məhz himayədarlarının dəstəyi sayəsində bugünkü vəzifəsinə sahib olur. Belə bir səbəbdəndir ki, bu gün də daşıdığı vəzifəsindən “ikiəlli yapışan” xanım direktorla bağlı verilmiş təyinat, hal-hazırda hər kəsi düşündürməkdədir.

Diqqət yetirək ki, Bahar xanım idarəçilyində elə bir qaydalar tətbiq edir ki, o, kol­lektiv üzvlərinin hər birini özünün təsiri altına salmağı bacarır. Məsələn, çatdırılan məlumatlara görə Bahar Kərimova məktəbdə işləyən müəllimlərə “Atestasiya keçiriləcək, siniflər bağlanacaq, yuxarı instansiyalardan yoxlamalar gələcək” və s. kimi bəhanələr deyib, məhz onlardan belə bir adlar adı altında pul yığır. Xanım direktorun oynadığı maxinasiyalar içərisində daha çox diqqəti cəlb edəni o olur ki, vaxtilə 1 saylı İnternat Məktəbində işləyən, daha sonra

7GÜN TV-nin məlumatına görə "Xəbər fakt"a daxil olan məlumatlarda o da qeyd olunur ki, ötən illərin birində (hadisə sentyabr ayının ortalarında baş verir) 3 saylı Respublika Xüsusi İnternat Məktəbində xadimə işləyən qadının mobil telefonu hansısa səbəbdən sinif otaqlarının birində qalır. Həmin sinifdə dərs keçən müəllimə mobil telefonu görüb götürür və onu səhəri gün sahibinə qaytarır. Həmin vaxtlarda məsələdən xəbərdar olan Bahar Kəromova xadiməni məcbur edir ki, o, bu barədə hüquq-mühafizə orqanına şikayət ərizəsi yazsın. Əslində bu belə də olur və şikayət ərizəsi əsasında məktəbə gəlib araşdırma aparan polis əməkdaşı, çox keçmir ki, həmin müəlliməni təhdid edir və sonda ondan 500 man­at pul alır. İş heç də bununla yekunlaşmır və az sonra Bahar xanım da müəlliməyə qarşı “səlib yürüşü”nə başla­yır. Yəni, o, müəlliməni məcbur edir ki, işdən çıxmaq barədə ərizə yazsın. Son nəticə o olur ki, müəllimə ərizəni yazır və yazdığı ərizə əsasında da işdən çıxarılır. Daha sonra yaşanan olay o olur ki, həmin müəllimənin 18 saatlıq dərs saatı 3000 min manata “hərraca çıxarılır”.

Bahar xanımın yaxın çevrəsindən daxil olan məlumatlara görə, o, ölkənin sabiq Baş Nazirlərindən birinin qızı ilə yaxın rəfiqə olduğundan, Baş Nazirin vəzifədə olduğu illərdə ona bir kimsə “qaşın üstə qara var” deyə bilmirdi. Bu gün isə fərqli ab-hava mövcud olduğundan deyəsən o, Nazirlikd­əki “dayaqlar”ını da itirib. Bundan əlavə, direktorun həyat yoldaşının Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovla yaxın qohum olduğu da vurğulanır. Bəlkə də, bu cür məlumatların düşünülmüş şəkildə dövriyyəyə buraxılmasının arxasında, xanım Kərimovanın məkrli planlarını həyata keçirmək durur. Bu yöndə araşdırmamızı davam etdirəcəyik.

Bizi izləyin. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.