Bakcell sirkətinin əməkdaşları müştəri hüquqlarını pozur.


7gün informasiya agentliyinə daxil olan məlumatda ictimai fəal Cəmil Hacıyev Bakcell şirkətinin onun hüquqlarının pozması haqqında bildirir:
" Ümümilikdə çox az halda normal xidmət göstərillər, işçilərin müştərilərlə normal ünsiyyəti yoxdur. 03.04.2022-ci ildə 4988989 nömrəsi ilə əlaqə saxlayıb bakcell şirkətinin sayıtındakı problemi və tarif dəyişməyim haqqında 2 ay əvvəldən yazılı müraciətimi bildirsəmdə, Aytən adlı işçi ümümiyyətlə özünü eşitməməzliyə vurub şikayəti qəbul etmədi. Bundan sonra Mürsəl adlı işçi mənimlə qışqıra-qışqıra danışırdı. Halbuki rabitə çox yaxşı idi və mən dəfələrlə onu iltizamlı və tərbiyyəli olmağa , müştərinin hüquqlarına hörmətlə yanaşıb aşağı tonla danışmağa dəvət etsəmdə, bu münkün olmadı. Müştərilələ çox pis rəftar edirlər , elə bilki Bakcell şirktinə yox, gecə saat 3də bu insanların evinə zəng etmişəm.
Belə pis rəftarların biridə 31 mart 2021-ci ildə hətta Fəvvarələr meydanında yerləşən ofisin əməkdaşı tərəfindən olmuşdu, o mənim üstümə gəlib yunruq atırdı. Araya oradakı qrup rəhbəri olan Sabina xanım girdi. Bu barədə şikayət etsəmdə mənə verilən cavab belə oldu ki, əməkdaşınız qanunlar çərçivəsində hərəkət edib. O hansı qanunda yazılıb ki, müştəri ilə kobud danışıb, ona qarşı fiziki zor tətbiq edəsiz?.

Şirkətin rəhbəri yəgin ki, işçilərə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa əməl etməmək əmri verib. İşçilər öz ailə tərbiyyələrini göstərməklə yanaşı, 2002-ci il avqustun 20-də NK-nin ölkə üzrə təsbit etmiş davranış kodeksinədə əməl etmirlər.
Sayt vasytəsi ilə web sms xidmətindən istifadədə problem yaranmış, bunula əlaqədər bir neçə gün səbr etdikdən sonra 4988989 nömrəsi ilə zəng edib şikayətimi bildirsəmdə heç kim bu barədə təbdir görmür, sadə bir seydən ötəri saatlarla vaxtımız yaramaz insanlara görə boşa gedir. Etdiyim şikayəti araşdirmaq əvəzinə Kövsər adlı xanımda özünü təlimata uyğun aparmır və kobudluq edirdi.

Əcəmi ofisində işləyənlər isə dahada qabağa gedib mənim vöün nömrəmi istəyirlər, hansı ki, bu heç bir halda onların səlahiyyətinə aid deyildir.
Ümümilikdə çox narazi olduğum üçün hər kəsi Bakcell sirkətinin xidmətlərindən istifadə etməməyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının qanununa zidd əmələrinə görə bu şirkəti baykot etməyə çağırıram.
Buyurun xalqın sizdən narazılığı haqqında bu linkdədə tanış ola bilərsiz. https://xalqxeber.az/society/21490-bakcell-ltd-vetendashi-tehqirden-beter-etdi-mushterisini-ele-salir.html "
Qeyd edirik ki, 7gün informasiya agentliyi olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.