Aİ-nin xüsusi iclası keçiriləcək


Avropa İttifaqı (Aİ) Şurasının xüsusi iclası keçiriləcək.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib.

Onun sözlərinə görə, iclas fevralın 24-də Prezident Şarl Mişelin sədrliyi ilə Brüsseldə keçiriləcək.

Ş.Mişel isə "Twitter" hesabında bildirib ki, xüsusi iclasla əlaqədar Aİ-yə üzv ölkələrə dəvət məktubu göndərilib.

"Mən təklif edirəm son vəziyyəti, qaydalara əsaslanan beynəlxalq asayişin necə qorunmasını, xüsusilə Rusiyanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək və Rusiya ilə necə davranmağı, Ukraynanı və onun xalqını bundan sonra necə dəstəkləməyi müzakirə edək" - məktubda bildirilib.