Avropa Məhkəməsi Ermənistanın Azərbaycanın Vətən müharibəsində hərəkətlərinə dair vəsatətlərinə baxmayacaq


“Avropa Məhkəməsi Ermənistanın Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı hərəkətlərini araşdırmaqla bağlı vəsatətlərinə baxmayacaq”.

Bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç. Əsgərovun sözlərinə görə, maraqlı hal odur ki, Ermənistan beynəlxalq təşkilatlarda və informasiya məkanında Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı hərəkətlərini araşdırmaq zərurətini təkidlə qaldırsa da, Avropa Məhkəməsində mövqeyinin təqdim edilməsi üçün vaxtı davamlı olaraq uzatmaq barədə vəsatətləri verməklə prosesi uzatmağa çalışır: “Təəccüblü deyil ki, sonuncu dəfə Avropa Məhkəməsi Ermənistana bu barədə vəsatətlərinə bundan sonra baxılmayacağını bildirib”.