Estoniya Prezidenti Ukraynaya dəstək səfəri edib


Estoniya Prezidenti Alar Karis Ukraynaya səfər edib.

Bu barədə Ukraynanın Estoniyadakı səfiri Mariana Betsa "Twitter"də bildirib.

Estoniya Prezidenti ukraynalı həmkarı Vladimir Zelenski və Ukraynanın Baş naziri Denis Şmiqal ilə görüşlər keçirəcək.

Səfərdən əvvəl Estoniya Prezidenti bildirib ki, Kremlin Ukraynanın şərqindəki separatçı bölgələri ayrı-ayrı dövlətlər kimi tanımaq qərarı Avropada mövcud təhlükəsizlik böhranını daha da gücləndirir.

"Mən Ukraynaya bu ölkə və onun xalqı üçün son illərdə ən çətin vaxtda, təcavüzlə üzləşən zamanda gedirəm. Ukraynaya Estoniya, həmçinin NATO və Aİ tərəfindən güclü dəstək var. Estoniya heç vaxt Rusiyanın qanunsuz hərəkətləri ilə razılaşmayacaq”, - deyə Karis bildirib.