Şirvanda ər arvadını öldürüb


Şirvanda qadın əri tərəfindən güllələnib.

O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
Şirvanda əri tərəfindən güllələnən 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızı xəstəxanada dünyasını dəyişib.
Şirvan şəhər sakini Elnur Abıyev saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan E.Babayev polislərlə atışmada yaralanıb.

Faktla bağlı araşdırma aparılır.