Manaf Ağayev saxlanılıb - VİDEO
Müğənni Manaf Ağayev saxlanılıb.
M. Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib.
O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, M.Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək.