Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş ərazilərə səfər edib.
Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda olacaq.
Qonaqlar azad edilmiş ərazilərə baş çəkəcək, ermənilərin işğal müddətində bu ərazilərdə törətdiyi vəhşilikləri gözləri ilə görəcək, vandallıqlarının izləri ilə yaxından tanış olacaqlar.
Qonaqlara işğal müddətində Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı, yaşayış məntəqələrinin yer üzündən silindiyi barədə ətraflı məlumatlar veriləcək, insanlıq əleyhinə cinayətlərin izləri əyani nümayiş etdiriləcək.