Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinə dair şərtlər müəyyənləşib
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.
Bu məlumat Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Dövlət başçısı: “Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var”
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti: "Şuşa ermənilər üçün yad şəhər olub"
Eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər illik faiz dərəcəsi güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.