35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib


Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı kəskin artıb. Son məlumatlara görə, 35 ölkə tərəfindən vətəndaşlarına belə tövsiyə verilib.

Bu məlumat “Pul №3” Telegram kanalı tərəfindən yayılıb.

Daha əvvəl bildirilir ki, 20-yə yaxın ölkə hərbi münaqişə təhlükəsi ilə bağlı, öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə edib. Bunlara Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva daxildir. Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.

Bununla yanaşı, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacağını bildirib.