Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib.

"Anadolu" agentliyinin xəbərinə görə, Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.

Qeyd edək ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.