Türkiyə İraqın 3 regionuna zərbələr endirə bilər


Ankara İraqın Kandil, Sincar və Maxmur regionlarına zərbələr endirə bilər.

7gun.org Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, əgər İraq rəhbərliyi PKK ilə bacarmasa, Türkiyə heç kimlə razılaşdırmadan 3 bölgəyə zərbələr endirəcək.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.